Zeyn mövsümdə 2-ci poulunu qazanıb

Niderlandın Zandfort trasında gənc sürücülərin Formula3 çempionatında mövsümün 8-ci mərhələsi başlayıb.

F-1.az xəbər verir ki, sürücülər səhər yarımsaatlıq məşq sessiyasında trası öyrəniblər, maşınları sazlayıblar nahardan sonra sıralanma turuna çıxıblar.

Birinci cəhdlərə çempionatın lideri Ayzek Həcər ən sürətli başlasa da, tezliklə onun nəticəsini Viktor Marten, Qrequar Sosi, Kayo Kollet, Cək Krouford və Aleksandr Smolyar keçiblər. Bir neçə dövrə vurduqdan sonra Martenin nəticəsini yaxşılaşdıran olmayıb və sürücülər pitə qayıdıblar.

İkinci cəhdlərə yeni təkərlərlə çıxan sürücülər sürətləniblər. Əvvəlcə Marten öz nəticəsini yaxşılaşdırıb, amma Zeyn Məlonu onu üstələyib. Üçüncü yer uğrunda mübarizədə Roman Stanek Franko Kolapintonu qabaqlayıb. Tras qısa olduğu üçün mübarizə sıx alınıb.

Sessiyanın sonuna 6 dəqiqə qalmış sürücülər sonuncu cəhdə çıxıblar. Amma bir çox sürücü həlledici dövrədə olarkən Vilyam Alatalo 3-cü döngədə baryerlərə çırpılıb. Sessiya dayandırılıb və davam etdirilməyib.

Nəticədə heç kim Məloninin nəticəsini geridə qoya bilməyib. Barbadoslu sürücü İmoladan sonra mövsümdə ikinci poulunu qazanıb. Marten 2-ci yerini qoruyub, Krouford isə 3-cü yerə yüksəlib.

Campos komandasında debüt edən Xuan Pablo Mantoyanın oğlu Sebastyan 7-ci nəticə göstərib – bütün mövsüm yarışan komanda yoldaşlarından bir baş üstün olub.

Sabah reversiv qaydaya görə, qısa (sprint) yarışda ilk cərgədən Xuan Manuel Korrea və Qrequar Sosi start alacaqlar

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*