Zek Braun inamlı debütə görə Ceyk Hyuzu tərifləyib

Ötən şənbə McLaren komandası Formula E-də debüt yarışını keçirdi və bu performansı kifayət qədər uğurlu hesab etmək olar.

F-1.az xəbər verir ki, McLaren Racing-in başçısı Zek Braun elektrik seriyasının Meksika mərhələsini başa vurduqdan sonra debütant Ceyk Hyuza təriflər yağdırıb.

Formula E-də bütün təcrübəsu yalnız Venturi və Mercedes komandaları ilə testlərə qatılmaqla məhdudlaşan 28 yaşlı britaniyalı sürücü ilə McLaren komandası müqavilə imzalayarkən, bir çoxlarına bu əməkdaşlıq qəribə görünmüşdü. Lakin Ceyk yeni komandası ilə mövsümün ilk həftəsonunu əla keçirib: sıralamada üçüncü olub və yarışı 5-ci yerdə başa vuraraq komandası üçün 10 xal qazanıb.

Ola bilsin ki, onun yeni Formula E bolidi ilə təcrübəsi olmayıb, çünki bu il çempionat elektrik maşınların yeni nəslinə keçib və bu, xeyli çətinləşib. O da ola bilər ki, o, komanda ilə yanaşı, taktiki baxımdan daha rasional hərəkət etməli idi, çünki uzun müddət Ceyk üçüncü yerdə gedirdi və yəqin ki, podium arzusunda idi. Meksikada bu arzu yerinə yetirilmədi, lakin başlanğıc edildi və Hyuz döyüş ruhunu nümayiş etdirdi.

Zek Braun: “McLaren-in indi Formula E-də olması və çempionatın, nəhayət, başlaması çox gözəldir. Ceyk debüt performansında özünü yaxşı tərəfdən göstərdi, 3-cü yerdən başladı və finişdə beşinci oldu. Ancaq biz yalnız yolun başlanğıcındayıq və mən komandanın 2023-cü ildə və ondan sonrakı illərdə hansı nəticələrə nail ola biləcəyini tez görmək istəyirəm.

İndi McLaren brendi başqa bir yarış seriyasında təmsil olunur ki, bu da bizim gördüyümüz hər şeyə ciddi yanaşdığımızı göstərir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*