Zek Braun: Biz maşınımıza tam əminik

Mövsümün sonuna 6 yarış qalmış McLaren komandası Mühəndislər Kubokunda Red Bull-dan 41 xal öndədir.

F-1.az xəbər verir ki, Uokinqdən olan komandanın rəhbəri Zek Braun öz əməkdaşlarını işin bitdiyini düşünməməyə çağırıb.

Zek Braun: “Biz addım-addım, yarışdan-yarışa işləməliyik. Hər dəfə növbəti Qran Prini Andrea Stella ilə müzakirə edəndə o, hələ bir dəfə də deməyib ki, “biz bu yarışı qazanmağı planlaşdırırıq”. O, kifayət qədər mühafizəkar yanaşma sərgiləyir, ayaqları yerdədir və işləməyə davam edir.

İlin əvvəlində mən səmimi şəkildə inanırdım ki, Maks Ferstappen bütün 24 yarışı qazanacaq, amma hazırda o, ardıcıl 8 yarışdır qələbə qazana bilmir. Bu, hər şeyin nə qədər sürətlə dəyişə biləcəyini göstərir. Qarşıda hələ 6 mərhələ var və biz özümüzü çox rahat hiss etməməliyik”.

McLaren-in rəhbəri deyib ki, qalan trasların heç biri onlarda narahatlıq yaratmır: “Bəzi qalan traslarda bizim başqalarından daha yaxşı görünəcəyimizi düşünürük. Bütün tras növlərində qələbə qazandığımız üçün maşınımıza tam əminik”.

Qeyd edək ki, McLaren komandası Formula1 tarixində ən çox Mühəndislər Kubokunu qazanan üçüncü komandadır. Onlar 1974-cü ildən bu günə qədər ümumilikdə 8 dəfə bu titulu əldə ediblər. Komanda sonuncu dəfə Mühəndislər Kubokunu 1998-ci ildə qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*