Zaydl Norrisi Sauber/Audi-yə cəlb etməyə çalışacaq

Andreas Zayddl yanvar ayında Sauber Qrupunun rəhbəri vəzifəsini yerinə yetirməyə başladıqda, onun ilk işi Alfa Romeo üçün yeni komanda başçısını tapmaq və dəvət etmək olacaq

F-1.az xəbər verir ki, Zaydlın ikinci işi isə gələcəkdə Audi adlandırılacaq komandada görmək istədiyi Lando Norris ilə danışıqlar olacaq. Bu komandaya həqiqətən güclü, ulduz sürücü lazımdır – Norris isə bu statusa çox uyğun gəlir.

Gözlənilir ki, Sauber Qrupun rəhbəri kimi Zaydl Audi-nin F1 layihəsinə tam nəzarət edəcək: şassinin hazırlanması, yeni reqlament üzrə güc qurğusunun qurulması, sürücülərlə müqavilələr və bir çox başqa işlər. Audi-nin Formula1-də böyük ambisiyaları və daha böyük potensialı var, Andreas isə bunları həyata keçirməlidir.

Müasir Formula1-də ən güclü komandalar güclü sürücü ətrafında qurulur, məsələn Red Bull-da Maks Ferstappen, Ferrari-də Şarl Lekler, Mercedes-də Lyuis Həmilton və Norris Audi üçün belə bir dayaq ola bilər.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*