Bu gün baş tutan sıralanma turunda Pramac Ducati komandasının sürücüsü Joan Zarko mövsümdə 2-ci poulunu qazanıb. Onun göstərdiyi nəticə indiyə qədər Britaniya trasında ikitəkərli texnika üçün rekord olub – 1:57.676.
Birinci cərgəni onunla Maverik Vinyales və Cək Miller bölüşüblər. Xatırladaq ki, Zarko kifayət qədər uzun karyerası ərzində MotoGP yüksək sinfində 8-ci pouluna sevinsə də, hələ heç bir qələbə qazanmayıb.
Mövsümün lideri Fabio Kuartararo yalnız 4-cü nəticə göstərə bilib. Yamaha-nın fransalı sürücüsü çempionatda əsas iki rəqibi – Ducati-dən Françesko Banyaya və Aprilia-dan Aleş Esparqaronu qabaqlayıb.
Sabah startdan və yarış məsafəsində təkərləri qorumaqdan çox şey asılı olacaq..