F-1.az xatırladır ki, Zandfort trası 36 illik fasilədən sonra 2021-ci ildə təqvimə qayıtmışdı. İlk müqavilənin müddəti 3 il idi və bu 2023-cü ilin sonunda bitəcəkdi. Lakin Formula1 rəhbərliyi ilə Niderland Qran Prisinin promouterləri bir araya gələrək müqaviləni daha 2 il uzadıblar. Beləliklə, Zandfortda 2025-ci ilə qədər yarış olacaq.