Zandfort trası Formula1-ə qayıtmağa çox yaxındır…

Formula1-in klassik traslarından olan Zandfortda keçirilən son yarışdan artıq 31 il ötür.

F-1.az xatırladır ki, keçən ilin sonunda qanunverici orqan olan Hollandiya məclisində Formula1-in ölkəyə qayıdışının mümkün olub-olmamasını araşdırmaq üçün heyət yaradılmışdı.

Yerli siyasətçilərdən biri bu barədə danışıb: “Bu mövzuda hamı həvəslidir. Belə görünür ki, hökümət və bu sektorda çalışanlar Formula1-in yenidən təşkili üçün birlikdə mübarizə aparacaq”.

Ölkənin mətbuatında yayılan xəbərlərə görə, Hollandiya şahzadəsi Bernard və onun biznes şəriklərindən olan Hans Ernst trası alıb. Ölkədə yarışın yenidən keçirilib-keçirilməyəcəyi sualına cavab verən şahzadə bildirib: “Bu, bizim xəyalımızdır. Trasın imkanlarını artırmaq üçün işlər görəcəyik. Assen trası kifayər qədər inkişaf edib. Zandfort trası Zolder və Assenlə birlikdə Avropanın bu bölgəsinin ən güclü 3 trası olacaq…”

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*