Zak Braun: Tezliklə titula iddialıların sayı ikiqat artacaq

2021-ci ildən Formula1-də büdcə məhdudiyyətləri tətbiq olunur - reqlamentin məqsədi komandaların şanslarını bərabərləşdirmək idi.

F-1.az xəbər verir ki, yeniliyin təsiri hələ o qədər də nəzərə çarpmır, lakin McLaren-in rəhbəri Zek Braun bir neçə ildən sonra qələbəyə iddialıların sayının ikiqat artacağına şübhə etmir.

Zek Braun: “Düşünürəm ki, büdcə məhdudiyyətləri Formula1 üçün əla həll yoludur. Bu konsepsiya digər idman növlərində də uğurla işləyir. Belə ki, ideya avtoidman üçün bir növ yenidir, lakin ümumilikdə idman üçün yeni deyil.

Əsas və strateji olaraq, mən hər iki əlimlə büdcə məhdudiyyətlərini dəstəkləyirəm. Əlbəttə, onların tətbiqinin effektini gözləmək hələ tezdir, lakin mən heç şübhə etmirəm ki, effekt bundan sonra da olacaq, çünki biz McLaren və digər komandalar artıq yeni aerodinamik boru tikirik. Hər halda, bir gündə onuncu yerdən birinciyə yüksəlmək mümkün deyil.

Gözlənilən effekti gözləyəcəyik. İnanıram ki, yaxın üç, dörd və ya beş ildə beş komanda titul uğrunda mübarizə apara biləcək – indikindən iki dəfə çox. Əslində, on sürücü qələbəyə namizəd olacaq.

İndyCar Seriyasının ən gözəl cəhətlərindən biri hər həftəsonu qələbə üçün mübarizə aparan on sürücünün olmasıdır. Tezliklə Formula1-də də belə olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*