F-1.az xəbər vermişdi ki, Formula1 Komissiyası sıralanma turlarında sarı və ya qırmızı bayraqların görünməsinə səbəb olan pilotların dairələrinin ləğvini nəzərdə tutan reqlamentə dəyişiklikləri nəzərdən keçirməyi planlaşdırır.
Zek Braun: “Karlos düz demişdi – qırmızı və ya sarı bayraqlar pilotların cəhdlərini tamamlamasına mane olur. Digər yarış seriyalarında, belə hallarda bayraqların səbəbkarı sadəcə olaraq ən sürətli dövrəsini itirir, qalanları isə əlavə bir dövrə vurur. Düşünürəm ki, bu problemi həll etməyin ən asan yoludur”.