F-1.az xatırladır ki, ispaniyalı sürücü may ayında İndy500 yarışında iştirak etmişdi. Yanvarda isə təcrübəli sürücü 24 saatlıq Daytona marafonunda iştirak edəcək.
Zek Braun: “Fernando bizə Daytonada yarışmaq istədiyini dedi. İndy-dən sonra belə şeylərə öyrəşmişəm. Menecerindən “O ciddidir?” soruşdum və meneceri də təsdiqlədi. Bundan sonra mövzu barədə Alonsoya sual vermədim. Biz Alonsodakı yarış canavarını ortaya çıxardıq. Həmişə və bütün şəraitlərdə qalib gəlmək istəyir. O, mükəmməl sürücüdür və ümid edirəm ki, gələn il ona güclü bolid verərik”.