Z.Braun: “Titul sponsoru axtarırıq”

McLaren Group-un rəhbəri Zek Braun titul sponsoru üçün danışıqlar apardığını və danışıqların mövsüm bitmədən nəticələnəcəyinə ümid etdiyini deyib.

F-1.az xatırladır ki, McLaren komandası 2013-cü ildə Vodafone ilə yollarını ayırmış və o dövrdən etibarən bir neçə şirkətlə danışıqlar aparsa da, yeni titul sponsoru tapa bilməmişdi.

Zek Braun: “Müqavilə 2018-ci ildə imzalanmalıdır. Bundan artıq gözləyə bilmərik. Bu mövsüm onsuz da bitib. Böyük şirkətlə razılaşmaq üçün minimum bir il vaxt lazımdır. Bunun üçün çox işləyirik və bəlkə də 2017-ci ildə bir az inkişaf görə bilərik. Amma gələn il oyunu dəyişdirməliyik. McLareb digərlərindən fərqli komandadır. “Qırmızılar”-ı çıxmaq şərti ilə tarixi digərlərindən daha fərqli və mənalıdır. Böyük resurslara sahibik və ortaqlarımızın inkişaf etməsi üçün onlara texnologiya, marketinq cəhətdən kömək edirik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*