Z.Braun: Sürücülərimizdən məmnunuq

Beş yarışdan sonra McLaren-in hesabına cəmi 14 xal toplanıb ki, onlardan 12-si Avstraliya mərhələsində qazanılıb.

F-1.az xəbər verir ki, mövsümə zəif başlanmasına baxmayaraq, komandanın direktoru Zak Braun gələcəyə nikbin baxır.

Zek Braun: “Komandamızda heyrətamiz ab-hava var. Pis həftəsonlarından sonra özümüzü tozdan təmizləyib davam edirik. Komandada hər kəs çox motivasiyalıdır və Andrea Stella bu məsələyə çox diqqət yetirir.

Avtoidmanda yaxşı günlər pis günlərlə əvəzlənir, lakin biz hamımız gələcəyə nikbin baxırıq. McLaren-in yaxın gələcəkdə hər hansı digər komandadakı bir cüt sürücü qədər yaxşı olacaq heyrətamiz sürücü cütlüyü var. Düşünürəm ki, gənclik və təcrübənin birləşməsini nəzərə alsaq, heyətimiz daha da yaxşı olacaq. Biz pilotlarımızdan razıyıq”.

Biz artıq xəbər vermişik ki, gəzən şayiələrə görə, komandanın sahibləri nəticələrdən heç də Zek sürücülərindən olduğu qədər razı deyillər. Hətta narıncılarda böyük dəyişikliklərin olacağını bildirənlər də var.

Andrea Stella ilk dəfədir ki, komanda başçısı təcrübəsi yaşayır və bu, bir növ Andreas Zaydlın ani ayrılışından sonra məcburi təyinetmə olub…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*