F-1.az xatırladır ki, bu mövsüm Zaydlı digər təcrübəli mütəxəssis Andrea Stella əvəzləyib.
Zek Braun: “Keçən mövsümə əyləc problemi ilə başlamışdıq, lakin ümumilikdə maşın yaxşı idi. Bundan sonra üzərində işlədiyimiz pilotla bağlı problemlərimiz oldu və bu, çox diqqət çəkdi. Amma dərindən baxsaq, maşının inkişaf tempindən razı deyildim. Keçən il başqa komandaların inkişaf tempinə, mövsümü harada başlayıb, harada bitirdiklərinə nəzər salsanız, özünüzü istəmədən onlarla müqayisə etməyə başlayırsınız.
İlin sonuna doğru bizdə rəhbər dəyişikliyi oldu. Bu, mənə daha aqressiv olmaq və Andrea Stelladan komandaya fərqli nöqteyi-nəzərdən baxmağı xahiş etmək imkanı verdi və o da etdi. Nəticədə həm bizim üçün, həm də komanda daxilində işləyənlər üçün məna kəsb edən bir model hazırladıq. Biz bu planları həyata keçirməyə başlamışıq. Ceyms Kinin gedişi ilə bağlı açıqlamamız mövsümün pis başlaması ilə üst-üstə düşdü, lakin qərarlar bundan çox əvvəl verilirdi”.