F-1.az xatırladır ki, Formula1-in 4 böyük komandası kimi göstərilən Mercedes, Red Bull, Ferrari və McLaren komandaları Mühəndislər Kubokundakı yerlərindən asılı olmayaraq daha çox bonus mükafatı alırlar.
Braun bildirib ki, bu ödəmələr doğrudur. Amma kiçik komandalara da dəstək olmaq üçün hazırkı bölgü sisteminə yenidən baxılmalıdır: “Bu idmanda mübarizə aparmaq üçün böyük pullar fırlanır. Kiçik komandaların da mübarizə aparması üçün bəzi dəyişikliklər edilə bilər. Amma bütün komandalar bərabər miqdarda pul almamalıdırlar. Nəticədə böyük komandalar idmana daha çox azarkeş cəlb edir. Bunun da bir qarşılığı olmalıdır. Əsl məqsəd isə ən çox pul alanla ən az pul alan komanda arasındakı məbləği minimuma endirməkdir. Belə olan halda hər şey yaxşı olar”.