F-1.az xatırladır ki, ispaniyalı sürücü keçən mövsüm McLaren-ə qatılmış və mövsümü 6-cı yerdə bitirmişdi. 26 yaşlı Sayns növbəti mövsümdən etibarən Ferrari komandasının şərəfini qoruyacaq.
Zek Braun: “Bütün hadisələr gözümüzün önündə reallaşdı. Sayns ailəsi və McLaren arasında əsl sevgi var və bu, heç vaxt dəyişməyəcək. Sürücülər və komandaların düşmən olmadan ayrılmalsrı əladır. Karlos indiyə kimi gözlıdiyimdən daha yaxşı yarışdı. Lando və Karlos təkər-təkərə mübarizə aparanda da narahat olmurdum. Lalin digər komandaların sürücüləri yan-yana gələndə bir-birlərini maqnit kimi çəkirlər. Məncə, Ferrari-də əla yarışacaq. Bolidi güclü olsa, yarışlar qazanacaq”.