F-1.az xatırladır ki, avstraliyalı sürücü keçən il McLaren-ə qoşulsa da, əksər hallarda Lando Norrisdən geridə qalıb. Düzdür, Bal Porsuğu ləqəbli sürücü keçən il İtaliyada McLaren-ə qələbə qazandırmışdı, ancaq xal hesabatında geridə qalmışdı. Bu il də Rikkardo gözləntiləri qarşılamır. O, komandasının topladığın 49 xalın sadəcə 11-nə sahibdir.
Zek Broun: “Lando komanda yoldaşından çox üstündür. Biz istəyirik ki, onlar arasında rəqabət olsun. Lakin Daniel boliddə özünü rahat hiss eləmir. Onun özünü yaxşı hiss etməsi üçün əlimizdən gələni edirik. Amma İspaniyada da zəif çıxış etdi.
Keçən il Montsanı və bir neçə yarışı çıxsaq, gözləntilərimizi qarşılamadı. İndi edəcəyimiz şey çox işləyib onun vəziyyətini düzəltməkdir”.