Z.Braun: Rikkardonun fürsəti ola bilər

McLaren-in rəhbəri Zek Braun düşünür ki, Rikkardonun fürsəti olacağı halda qayıdacaq.

F-1.az xatırladır ki, avstraliyalı sürücü iki il McLaren-də çıxış etsə də, gözləntilərin altında qalıb və komanda ilə yollarını ayırıb. Bir il istirahət etmək istəyən Rikkardo köhnə komandası Red Bull-a ehtiyat sürücü kimi qayıdıb.

Zek Braun: “Yeddi yarış qazanmış sürücü kimi bizə gəldi və komandadan 8 yarış qazanmış pilot kimi ayrıldı. Ancaq qayıtmaq üçün fürsət tuta bilər. Məsələn, Niko Hülkenberq… Onu yenidən Peletonda görəcəyimi düşünmürdüm. Bunu Nikoya hörmətsizlik kimi qəbul etməyin. Uzun illər idi idmandan uzaq idi. Buna görə də onun qayıdışını gözardı etmək olmaz. Məsələn, bir sürücü Covid-ə yoluxa bilər və Rikkardo sükan arxasına keçər, yarışı qazanar və idmana qayıtmaq fürsəti olar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*