F-1.az xatırladır ki, Karlos Sayns sonuncu Bəhreyn yarışında Maks Ferstappenlə təkər-təkərə mübarizə aparmış və insident yaşamışdı.
Zek Braun: “Xoş sürpriz idi. Həftəsonu ərzində onlara yaxın idik. Amma üç böyük komanda ilə aramızda böyük fərqlər var. Bəhreyn yarışı meyar deyil. Ancaq inkişaf etmişik. Orta qrupda bütün komandalar çox yaxındırlar. Dördüncü komanda ilə doqquzuncu arasında fərq yoxdur. Bəzi yarışlarda 4-cü sürətli komanda olduğumuz halda, bəzilərində 9-cu olacağıq. Trasdan asılıdır.
İki sürücümdən də razıyam. Çünki onların performansı Mühəndislər Kubokunda vacib rol oynayacaq. Buna görə də inkişafa davam etməliyik”.