F-1.az xatırladır ki, keçən il Maks Ferstappen və Lyuis Həmilton çempionluq uğrunda mübarizə aparmış və sonda gülən niderlandlı sürücü olmuşdu. İki sürücü mövsüm ərzində gərgin mübarizə apardılar və bəzən bir-birlərilə sərt təmas etdilər.
Zek Braun: “Peletonun hər hissəsində mübarizə var idi. Əsas Lyuislə Maks olmaqla, mövsüm ərzində əla hekayələr yaşandı. Azarkeşlər üçün əla mövsüm oldu. Senna və Prostdan sonra iki komanda və sürücü arasında belə mübarizə görməmişdim.
Onlar bir-birlərindən nifrət edirlər. Əvvəlcə Mercedes-in qələbəsi güman olunurdu. Sonra Maks çox üstün idi. Doğrudan da maraqlı idi”.