Z.Braun: “Mercedes və Ferrari bizə motor vermək istəmirlər”

2015-ci ildən bəri gözlənilən nəticəni verməyən, bu mövsüm də rəqiblərindən xeyli geri qalan Honda motorları artıq McLaren rəhbərliyinin, sürücülərin və azarkeşlərin səbir kasasını doldurub. Komanda rəsmiləri yaponlarla yollarını ayırmaq barədə düşündüyünə dəfələrlə işarə vurublar.

Bunun üçün başqa motor təchizatçısı tapmaq lazımdır. Lakin bu çox da asan olmayacaq. Komandanın rəhbəri Zek Braun bildirib ki, Ferrari və Mercedes 2018-ci ildə McLaren-ə motor verməyə hazırlaşmır.

F-1.az xatırladır ki, bu iki şirkətlə danışıqlar aparıldığı barədə xəbərlər yayılmışdı. Lakin belə görünür ki, razılıq əldə etmək mümkün olmayıb. Braunun fikrincə, Mercedes və Ferrari onları turnir cədvəlinin aşağılarında görməyin əleyhinə deyillər.

Zek Braun: “McLaren yarışlar qazanan və titullar əldə edən komandadır. Buna görə də rəqiblərimizə bizi bu vəziyyətdə görmək xoşdur. Onlara yaxınlaşmağımızı istəmirlər, mən bunu başa düşürəm”.

Qeyd edək ki, McLaren arxada qalan 10 yarışda topladığı cəmi 2 xalla Mühəndislər Kubokunda hətta Sauber-dən də geri qalaraq son yerdədir.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*