Z.Braun: “Liberty istehsalçıları itirməyə hazır olmalıdır”

McLaren Group-un rəhbəri Zek Braun bildirib ki, Liberty Media yeni qaydaları müəyyən edərkən Mercedes və Ferrari-yə güzəştə getməməlidir.

F-1.az xatırladır ki, Ferrari və Mercedes 2021-ci ildə qüvvəyə minəcək mühərrik reqlamentini bəyənməyiblər. Hər iki istehsalçı bildirib ki, yeni mühərrik reqlamenti əlverişli olmasa, idmandan gedəcək.

Zek Braun: “Məncə, Liberty idman və azarkeşlər üçün ən yaxşısını düşünməlidir. Əgər bir komanda bunu bəyənməsə, anlamalıdılar ki, həyatda hamını xoşbəxt etmək mümkünsüzdür. Mən çempionatda yeni 10 komandanın olmasını istəyərəm. İki komandanın mübarizəsini yox.

Məncə, Mercedes və Ferrari-nin ayrılması real deyil, lakin hər şey mümkündür. Amma idmana gəlmək istəyənlərə də şans vermək lazımdır. Ferrari və Mercedes ayrılsa da, idman yoluna davam etməlidir.

Ferrari-nin ayrılması daha pis olar. Çünki onlar Ferrari-dir. BMW, Toyota və daha əvvəl Hondanı itirdik. Bütün istehsalçılar idmana gedib-gəldilər, ancaq idman ayaqda qaldı. Buna görə də qaydaları ən yaxşı formada hazırlamaq lazımdır. Qaydalar istehsalçıların xeyirinə olmamalıdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*