Z.Braun: Lando Red Bull-a getməyəcək

McLaren-in rəhbəri Zek Braun bildirib ki, Lando Norris müqaviləsi bitmədən Red Bull komandasına getməyəcək.

F-1.az xatırladır ki, britaniyalı sürücü performansı ilə bütün diqqətləri öz üzərinə toplayıb. O, qısa karyerası ərzində bir poul və 8 podium əldə edib. Üstəlik sürdüyü maşınlar heç də qələbə qazanmaq üçün favorit olmayıb.

O, güclü komandaların transfer gündəmində olsa da, McLaren-lə 2025-ci ilin sonuna qədər müqaviləsi olduğu üçün heç bir yerə gedə bilmir. Lakin onun adı son dövrlərdə tez-tez Red Bull komandası ilə hallanmağa başlayıb.

Keçən həftə Ralf Şumaxer də yazısında bu barədə danışıb: “Norris gələcəkdə Ferstappenin komanda yoldaşı ola bilər. Bunu xəyal edirəm. Onlar iki dost kimi də yaxşı görünürlər”.

Ralfın dediyi kimi Lando və Maks çox yaxşı dostdurlar. İki sürücü tez-tez simulyator yarışlarında iştirak edirlər və trasdan kənarda görüşürlər. Lakin bu iddiaları hər iki komanda da təkzib edib.

Zek Braun: “Lando Norris hazırda satılmır. Lando 2025-ci ilə qədər McLaren komandasında yarışacaq. Bu dəqiqdir”.

Red Bull komandasının rəhbəri Kristian Horner isə bildirib ki, hazırkı müqaviləyə hörmət edəcəklər: “Baxın, Lando əla sürücüdür. Buna şübhə etmirəm və potensialını artırıbdır. Ancaq o, McLaren komandasının sürücüsüdür. Biz də davam edən müqaviləyə hörmət etməliyik.

2024-cü ildə hansı sürücülərlə yarışacağımız məlumdur. 2025-ci il üçün bir yerimiz boşdur. Gözlənildiyi kimi bu yerdə olmaq istəyən çox sürücü var. Ancaq bu barədə danışmaq üçün çox tezdir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*