Z.Braun: “Honda F1-in nə olduğunu bilmir”

McLaren Group-un rəhbəri Zek Braun bildirib ki, Honda-nın problemi komandanın Yaponiyadan idarə olunmasındadır.

F-1.az bildirir ki, Honda-nın Formula1 ofisi Yaponiyada yerləşir. Vaxtılə Formula1-də çıxış edən Jaguar komandasının da bazası ABŞ-da yerləşirdi. Braun düşünür ki, hər iki şirkətin də bir-birinə bənzəyir.

Zek Braun: “Erik Bulye Formula1-də necə işləmək lazımdır danışıb. Formula1-in öz ənənəsi var və məncə, Honda bunu yeni kəşf edir. Jaguar-da da eyni hal yaşanmışdı. İşləri holdinq kimi idarə etmək istədilər. Məsələn, Mercedes Almaniya şirkəti olsa da, yarış komandası və mühərrik bazası Britaniyadadır. Renault isə Britaniya və Fransada yerləşir. Honda-nın bəlkə də, ən böyük problemi Formula1 təcrübələrinin az olması idi. Resursları və bazaları mükəmməl idi. Məncə, işləri qaydasına sala bilərlər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*