F-1.az xatırladır ki, McLaren komandasının sürücüsü Fernando Alonso avtoidmanın brilyant qaşı sayılan Monakodan imtina edərək, İndy500 yarışında bəxtini sınamaq qərarına gəlib.
Zek Braun: “McLaren Honda-nı hər il İndy500 yarışında görmək istəyirəm. Sözün açığı, orada iştirakı 2018-ci il üçün düşünürdük, amma daha sonra Fernando Alonso orada yarışmaq istədiyini dedi və biz də əlimizə düşən fürsətdən istifadə etdik. McLaren həmişə İndyCar yarışlarının əsas dəstəkçilərindən olub. Buradakı yarışları həmişə böyük həyəcanla izləmişəm və axır ki, burada olduğum üçün xoşbəxtəm. Növbəti illərdə də Fernando ilə bunu etmək istəyərik, amma bu il tarixlər üst-üstə düşdü. Birinci məqsədimiz Formula1 bolidini rəqabətədavamlı etmək olacaq”.