F-1.az xatırladır ki, McLaren testlərin ilk günündə problemlər yaşayıb və planlaşdırılandan az dövrə vurub. Komandanın Azərbaycan yarışına yeniliklər gətirməsi və bununla da bu problemləri aradan qaldırması gözlənilir.
Zek Braun: “Nə qədər geridə olduğumuzu bilmək mövsüm başlayana qədər çətin olacaq. İnkişaf üçün çox hədəfimiz olsa da, bunlara çata bilmədik. Bu mövzuda dürüst olmaq daha yaxşıdır. Hamı kimi biz də çox inkişaf edəcəyik. Buna görə də həyəcanlıyıq. İlk yarışa hədəflərimizdən geri başlasaq da, harada olduğumuzu bilmirik”.