F-1.az xatırladır ki, Haas komandasının rəhbəri Günter Ştayner amerikalı sürücülərin Formula1-də yarışmağa hazır olmadıqlarını demişdi.
Zek Braun: “Testlərin olmaması ən böyük çətinlikdir. Mövsüm başlamamışdan əvvəl 8 günlük test imkanımız var və buna da tək bolidlə qatılırıq. Buna görə də sürücüləri dəyişdirməli oluruq. Fernando və ya Stoffelin bir gününü almağın mənası yoxdur. Reqlament dəyişməsə, Formula2-dən başqa seriyadan sürücü gətirmək çətin olacaq. Məncə, Toro Rosso-nun Brendon Hartli ilə yarışması riskdir, ancaq o, bütün trasları tanıyır. Düşünürəm ki, Cozef Nyuqarden və Skot Dikson çox güclü sürücülərdir”.