F-1.az xatırladır ki, McLaren 5 yarışdan sonra xal qazana bilməyən yeganə komandadır.
Zek Braun: “Mövsümün əvvəlində daha yaxşı nəticələrə ümid edirdik. 2016-cı ili yaxşı nəticələrlə bitirdikdən sonra gözləntilərimiz böyük idi. Heyif ki, mühərrik cəhətdən rəqiblərimizdən geri qaldıq və indi daha çox işləməliyik. Bu mövsümdən nə gözləyək bilmirəm. İşləyərək bolidi ən yaxşı formaya gətirməyə çalışacağıq. Məqsədimiz Mühəndislər Kubokunda altıncılıqdır. Hazırda çətin hədəf kimi görünsə də, bunu bacarmaq istəyirik”.