Z.Braun: “Biz Alonsonu McLaren-də saxlamaq istəyirik”

Fernando Alonsonun McLaren-lə müqaviləsi bu ilin sonunda bitir. Lakin ispan sürücü dəfələrlə bildirib ki, komandadakı gələcəyi barədə müzakirələrə başlamazdan əvvəl yeni maşının potensialını qiymətləndirmək istəyir.

F-1.az xəbər verir ki, Mclaren Technology Group-un icraçı direktoru Zek Braun NBC Sports-a verdiyi müsahibədə bir neçə yarışdan sonra sürücülərlə yeni müqavilə barədə danışıqlara başlamağa hazırlaşdığını bildirib.

Zek Braun: “Fernando bizim layihəmizə sadiqdir, lakin müqaviləsi mövsümün sonunda başa çatır. O, hər bir komandanın istədiyi sürücüdür. Deyəsən, Fettelin müqaviləsi də bu il başa çatır, ona görə də mövsümün sonunda pilot bazarındakı vəziyyət çox maraqlı olacaq.

Əlbəttə, biz Fernandonu komandada saxlamağı çox istəyirik. O hazırda ən yaxşılardandır. Görək, hadisələr necə inkişaf edir. Bir neçə yarışdan sonra danışıqlara başlayacağıq. Fernandonun qərar qəbul etməzdən əvvəl komandanın irəliləyişini qiymətləndirmək istəməsini başa düşürəm. Buna görə onu günahlandırmaq olmaz”.

Biz məlumat vermişdik ki, Braun McLaren-in icraçı direktoru olmaq təklifini noyabr ayında qəbul etmiş, dekabrdan etibarən fəaliyyətə başlamışdı. O, komandanın əməliyyat direktoru Conatan Nil ilə sıx əməkdaşlıq edir. Amerikalının fikrincə, bu, ən optimal idarəetmə modelidir: “Nəticədə, biz Conatanla bir-birimizə cavabdehik və dostuq. Mən daha çox kommersiya məsələləri ilə məşğul oluram, şirkətin işlərinə isə o baxır. Bəzən elə olur ki, o mənim, mən də onun işlərini görürəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*