F-1.az xatırladır ki, mövsümə istədiyi kimi başlaya bilməyən McLaren Bakıya yeniliklərlə gələcək.
Zek Braun: “MCL60 hələ sürət cəhətdən istədiyimiz səviyyədə deyil, amma sürücülərimiz bununla mübarizə apara bilirlər. Tempi artırsaq, ötmə etmək asan olacaq.
Azərbaycandakı yarışda bolidi gücləndirməyi və asfaltayatma qüvvəsini artırmağa çalışacağıq. Bakı üçün hazırladığımız yeniliklərlə möcüzə gözləmirik, amma irəliyə doğru addım atmaq istəyirik”.