F-1.az xatırladır ki, Formula1-in ən titulli ikinci komandası 2015-ci ildən sonra maliyyə böhranı yaşamışdı. Lakin “narıncılar” yeni mövsümə əla başlayıblar və Bakıda iki sürücüsü ilə də xal ala biliblər.
Zek Braun: “Builki maşınımız daha yaxşıdır. Keçən il geridönüş etmək istəyirdik. Amma mövsümü başladığımızdan zəif formada bitirdik. Hazırda daha rəqabatədavamlıyıq. Önümüzdə uzun mövsüm var. Hamının işindən razıyıq”.