Z.Braun: “Alonsonun problemi bizi ruhdan saldı”

McLaren Group-un rəhbəri Zek Braun bildirib ki, Fernando Alonsonun Barselona Qran Prisinin birinci sərbəst yürüşlərində yaşadığı problem Honda-ya olan etibarı azaldıb.

F-1.az xatırladır ki, Alonso Barselonadakı birinci sərbəst yürüşlərdə mühərrik problemi yaşamış və trası tərk edərək tennis oynamağa getmişdi.

Zek Braun: “Hazırkı vəziyyətimizi bu sözlərlə ifadə edə bilərəm – məyusluq və xəyal qırıqlığı. Təbii ki, məyusuq, lakin oturub ağlamalı deyilik. Stoffel cümə günü əla işlədi və onun topladığı məlumatları ən yaxşı formada dəyərləndirməliyik. Daha sonra isə Fernandonun problemini başa düşməliyik. Ümid edirəm ki, sıralanma turuna qədər problemləri həll edə bilərik. Fernando sərbəst yürüşlərdən sonra tennis oynamağa getdi. Bundan başqa nə edə bilər? Əgər əsəblərini belə soyudursa, bunu etməlidir. Başını qatıb sıralanma turuna hazır olmalıdır. Məqsədimiz iki sürücü ilə də yarışı bitirməkdir. Görək necə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*