F-1.az xatırladır ki, Alonso komandanın ən çətin vaxtlarında geri qayıtmış və 2015-ci ildəki çətin mövsümdən sonra 2016-cı ildə qənaətbəxş nəticələr ala bilmişdi.
Zek Braun: “İlk olaraq onu deyim ki, mən heç vaxt Alonsonun artıq zəiflədiyini deməmişəm. Onu hələ yaxşı tanımıram. Sadəcə bir neçə dəfə görüşmüşük. Keçənilki bolidimiz zəif olsa da, Fernando mükəmməl nəticələr qazandı. Belçika yarışındakı performansı ağlıma gələnlərdən biridir. Belə yarışları çoxdur. Komandanın çatışmazlıqlarını yüksək istedadı ilə tamamlaya bilir. Düzünü desəm, o, dünyada ən güclü sürücüdür.
Fernandonun yanında isə Stoffel kimi çox gənc və istedadlı bir sürücümüz var. Onun da nəyə qadir olduğunu bilirik. Çox güclüdür və buna görə də yeni mövsümdən əvvəl həyəcanlıyıq. Əminəm ki, o çox adamı təəccübləndirəcək. Bizi gözəl mövsüm gözləyir”.