F-1.az bildirir ki, komandanın başçısı 2025-ci ildən etibarən komandanın bu sərmayələr hesabına titul uğrunda mübarizəyə başlayacağını gözləyir.
Zek Braun: “Biz gələn mövsüm qələbəyə iddialılar arasında olmayacağıq, lakin mən istəyirəm ki, 2024-cü ildə artıq bu qapını döyək, ardınca isə podiumlar, qələbələr və titullar gəlsin. Texnoloji infrastrukturumuzun xarakterinə görə biz 2024-cü ildə onun bütün faydalarını maksimum dərəcədə artıra bilməyəcəyik, çünki yeni aerodinamik boru yalnız ilin ortalarında işə düşəcək.Beləliklə, həmin ilin maşını köhnə texnologiyalara uyğun qurulacaq, lakin 2025-də ehtiyacımız olan hər şey bizim ixtiyarımızda olacaq. Onda daha heç bir bəhanəmiz qalmayacaq”.