F-1.az xəbər verir ki, mövsümün beş yarışından sonra Fayenzadan olan komandanın aktivində Tsunodanın sayəsində cəmi iki xalı var.
Yuki Tsunoda: “Bu il bizdə bir növ tendensiya var – pis sıralanma turundan sonra maşın yarışda yaxşı görünür. Aydındır ki, bunun nə olduğunu anlamalıyıq, çünki yarışlarda sürətimiz bəzən olduqca heyrətamizdir.
Nə yaxşı ki, maşından maksimum yararlana bilirəm, limitlərdə sürməyə çalışıram. Ən azından keçənilkindən daha yaxşı çıxış edirəm.
İmola üçün komanda maşına böyük kompleks yeniliklər hazırlayır. Ümid edirəm ki, yeniliklər yaxşı işləyəcək”.