Yubiley Qran Prisi: Sıralanma turu

İştirakçılar bir həftə əvvəl olduğu kimi, yenə Silverstounda toplaşıblar. Məkan eyni olsa da, bu dəfə hava şəraiti və təkərlər fərqlidir...

F-1.az xatırladır ki, dünən baş tutan sərbəst yürüşlərdə Bottas və Həmilton hamıdan sürətli olmuşdular. Lyuis bu gün də fərqlənib – hər 3 sessiyasında Mercedes sürücüləri ilk iki yerin sahibi olublar.

Pirelli bu dəfə orta üçlüyü – C2, C3 və C4 tərkiblərini gətirib. Soft təkərlər rolunu oynayan C4 tərkibindən komandalar sərbəst yürüşlərdə geniş istifadə ediblər – onların yarışda səmərəli olacağı gözlənilmir və hamı məhdud sayda olan digər iki tərkibi qorumaq üçün bu addımı atıb.

İlk Sessiyada Qrojan, Rassell və Maqnussen Medium, digərləri isə Soft təkərlərlə mübarizəyə başlayıblar. Okon Rasseli bloklayıb – stüardlar sessiyadan sonra Estebana startda 3 yer itirmə cəzası və 1 cərimə balı veriblər. Ən yaxşı dövrəni Bottas vurub – 1:26.738. Tras hüdudlarını pozduğu üçün nəticəsi silinən Kvyatla yanaşı, Rəykkönen, Covinatsi, Latifi və Maqnussen mübarizəni dayandırıblar.

İkinci sessiyada Ferstappen Hard, digərləri isə Medium təkərlərlə trasa çıxıblar. Birinci cəhdini qaçıran Rassell ikinci cəhdinə Soft təkərlə çıxsa da, ilk onluğa düşə bilməyib. Eyni aqibəti Fettel də yaşayıb – Ferrari bolidi dördqat dünya çempionuna hətta Soft təkərlərlə belə, üçüncü sessiyaya keçmək imkanı verməyib. Onlarla yanaşı, Qrojan , Sayns və Okonun da mübarizəni dayandırdığı sessiyada protokollara 1:25-785-lik nəticə ilə Bottas başçılıq edib.

Son sessiyada Rikkardo, Elbon və Ferstappen Medium, digər 7 sürücü isə Soft təkərlərlə boksları tərk ediblər. Həmilton komanda yoldaşını üstələyib. İkinci cəhdə Mercedes sürücüləri və Rikkardo Medium təkərlərlə çıxıblar. Əvvəlki 3 yarışda poul uğrunda mübarizədə Lyuisə boyun əyən Valtteri bu gedişə son verib – 1:25.154.

Beləliklə, Valtteri Bottas cari mövsümdə ikinci, karyerasında isə 13-cü poulunu əldə edib. Sabah ilk cərgəni Mercedes sürücüləri zəbt edəcək. Koronavirus testinin cavabı müsbət olan Peresi əvəzləyən Hülkenberq və Ferstappen yarışa ikinci cərgədən başlayacaqlar. Üçüncü cərgə isə Rikkardo və Strollundur.

Yubiley Qran Prisi sabah Bakı vaxtı ilə 17:10-da start götürəcək…

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 77 Valtteri Bottas Mercedes AMG 1 1:26.738 8 1 1:25.785 6 1:25.154 6
2 44 Lyuis Həmilton Mercedes AMG 2 1:26.818 8 3 1:26.266 6 1:25.217 6
3 27 Niko Hülkenberq Racing Point 9 1:27.279 6 2 1:26.261 6 1:26.082 6
4 33 Maks Ferstappen Red Bull 4 1:27.154 3 9 1:26.779 3 1:26.176 6
5 3 Daniel Rikkardo Renault 11 1:27.442 5 5 1:26.636 3 1:26.297 6
6 18 Ləns Stroll Racing Point 6 1:27.187 6 7 1:26.674 6 1:26.428 6
7 10 Pyer Qasli AlphaTauri 5 1:27.154 6 4 1:26.523 6 1:26.534 6
8 16 Şarl Lekler Ferrari 10 1:27.427 5 8 1:26.709 5 1:26.614 6
9 23 Aleksander Elbon Red Bull 3 1:27.153 6 6 1:26.642 6 1:26.669 6
10 4 Lando Norris McLaren 7 1:27.217 6 10 1:26.885 6 1:26.778 6
11 31 Esteban Okon Renault 8 1:27.278 6 11 1:27.011 6
12 5 Sebastyan Fettel Ferrari 14 1:27.612 8 12 1:27.078 6
13 55 Karlos Sayns McLaren 12 1:27.450 6 13 1:27.083 6
14 8 Roman Qrojan Haas 13 1:27.519 9 14 1:27.254 7
15 63 Corc Rassell Williams 15 1:27.757 8 15 1:27.455 3
16 26 Daniil Kvyat AlphaTauri 16 1:27.882 6
17 20 Kevin Maqnussen Haas 17 1:28.236 9
18 6 Nikolas Latifi Williams 18 1:28.430 6
19 99 Antonio Covinatsi Alfa Romeo 19 1:28.433 6
20 7 Kimi Rəykkönen Alfa Romeo 20 1:28.493 6
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*