Yubiley Qran Prisi: İkinci sərbəst yürüşlər

Ikinci sessiya da birincisi kimi, isti havada baş tutub. Yarış günü üçün də oxşar hava vəd edilir. Komandalar keçən həftəsonu baş verən təkər problemini yaşamamaq üçün əsas diqqəti bu sahəyə yönəldiblər.

F-1.az xatırladır ki, Pirelli keçən həftə ən sərt təkərləri gətirmişdi, lakin bu həftə sürücülərə orta üçlük veriləcək. Yarışın böyük hissəsinin Medium təkərlərlə keçiləcəyi güman edilir ki, bu da C3 təkərləridir – hansı ki, keçən həftəsonunun ən yumşaq tərkibi idi və onunla çox dövrə vurmaq mümkün olmamışdı.

Məşqlərdə Maqnussen və Sayns trasdan çıxsalar da, yollarına davam edə biliblər. Rikkardo, Elbon və Saynsın dövrəvi nəticələri 9-cu döngədə trasdan tam çıxdıqları üçün ləğv edilib. Sessiyanın sonlarına dorğu Fettelin maşınında nasazlıq yaranıb və trasa yağ sızıb. Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib.

Son dəqiqələrdə isə Covinatsi təhlükəsiz zonasında dayanıb və qırmızı bayraqlar dalğalanıb. Sessiyanın davam etidirlməməsi qərarı qəbul edilib.

Lyuis Həmilton 1:25.606-lıq nəticə ilə protokollara başçılıq edib, onu komanda yoldaşı izləyib. Məşqlər sabah davam edəcək.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1:25.606 22
2 77 Valtteri Bottas Mercedes AMG 1:25.782 + 0:00.176 22
3 3 Daniel Rikkardo Renault 1:26.421 + 0:00.815 29
4 33 Maks Ferstappen Red Bull 1:26.437 + 0:00.831 15
5 18 Ləns Stroll Racing Point 1:26.501 + 0:00.895 24
6 27 Niko Hülkenberq Racing Point 1:26.746 + 0:01.140 26
7 16 Şarl Lekler Ferrari 1:26.812 + 0:01.206 32
8 4 Lando Norris McLaren 1:26.867 + 0:01.261 26
9 55 Karlos Sayns McLaren 1:26.918 + 0:01.312 24
10 31 Esteban Okon Renault 1:26.928 + 0:01.322 25
11 23 Aleksander Elbon Red Bull 1:26.960 + 0:01.354 25
12 26 Daniil Kvyat AlphaTauri 1:27.002 + 0:01.396 33
13 10 Pyer Qasli AlphaTauri 1:27.128 + 0:01.522 31
14 11 Sebastyan Fettel Ferrari 1:27.198 + 0:01.592 30
15 8 Roman Qrojan Haas 1:27.294 + 0:01.688 28
16 63 Corc Rassell Williams 1:27.320 + 0:01.714 31
17 7 Kimi Rəykkönen Alfa Romeo 1:27.535 + 0:01.929 30
18 20 Kevin Maqnussen Haas 1:27.582 + 0:01.976 28
19 6 Nikolas Latifi Williams 1:27.683 + 0:02.077 32
20 99 Antonio Covinatsi Alfa Romeo 1:27.955 + 0:02.349 26
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*