Y.Trulli cərimə olunub, L.Həmilton üçüncüdür

Avstraliya Qran Prisinin stüardları yarışın son dövrələrində Təhlükəsizlik Maşınının arxasında gedərkən Yarno Trulli və Lyuis Həmilton arasında baş vermiş insidenti […]

Avstraliya Qran Prisinin stüardları yarışın son dövrələrində Təhlükəsizlik Maşınının arxasında gedərkən Yarno Trulli və Lyuis Həmilton arasında baş vermiş insidenti araşdıraraq italiyalı sürücünün dünya çempionunu sarı bayraqlar altında ötməsini müəyyən ediblər. Trulli son nəticəsinin üzərinə 25 saniyə əlavə olunmaqla cərimə olunub və ilk səkkizlikdən kənara düşüb. Lyuis Həmilton üçüncü yerə qalxıb, Sebastyen Burde də səkkizliyə daxil olub.

Toyota stüardların qərarına protest verməyə hazırlaşır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*