Y.Trulli: “Bəhreyn bizə çox şey öyrətdi”

Yarno Trulli əmindir ki, Toyota Bəhreyndə qələbənin əldən getməsinə səbəb olan buraxdığı taktiki səhvlərdən dərs alıb. Bəhreyndə o pouldan start […]

Yarno Trulli əmindir ki, Toyota Bəhreyndə qələbənin əldən getməsinə səbəb olan buraxdığı taktiki səhvlərdən dərs alıb. Bəhreyndə o pouldan start almışdı, elə startdaca komanda yoldaşını irəli buraxan italiyalı sürücü finiş xəttini üçüncü keçmişdi. Qlokun nəticəsi isə daha pis olmuşdu – alman sürücü yeddinci yerlə kifayətlənməli olmuşdu, çünki maksimal sürətlə hərəkət etməyə imkan evrməyən bərk təkərlərlə yarışın ikinci hissəsini keçirməli olmuşdu…

Yarno Trulli: “Bəhreyn bizə çox şeyi öyrətdi, nəinki komanda yaxşı dərs aldı, elə mən özüm də. Bizim üstünlüyümüz böyük deyildi, amma maşın qələbə uğrunda mübarizə aparmağa imkan verirdi. Biz yeganə halda uğur qazana bilərdik – əgər hər şeyi tam düzgün etsəydik. Mən çox sürətli idim, ona görə də üçüncü yeri uğurlu nəticə saymıram. Amma bu bir daha çempionatda mübarizənin kəskinliyini göstərir.

Biz vəziyyəti dərindən təhlil etdik. Mənim yarışım elə başlanğıcdan pis getdi, motordan yağ axdığı üçün yaxşı start ala bilmədim. Pis start üzündən biz taktikanı dəyişməli olduq – əvvəldən üç pit-stoplu strategiya seçdiyimiz halda iki pit-stoplu taktikaya keçdik. Bu isə o demək idi ki, ikinci uzun hissəsni bərk təkərlərlə getməli oldum, yumşaq təkərlər bu halda lap pis variant idi.

Digər sürücülər isə təkər seçimində çətinlik çəkmədilər, onların yanacaq ehtiyatı çox idi, yumşaq təkərlərin davranışını qiymətləndirmək imkanı var idi. Həm də rəqiblərimizin dəqiq qərar qəbul etməyə daha çox məlumatları var idi. Belə bir vəziyyətdə biz işimizin öhdəsindən gələ bilmədik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*