Y.Payl Şumaherin zədələri haqqında

Almaniyanın Bad Hauhayme şəhərindəki məşhur idman linikasının baş həkimi Yohannes Payl uzun illərdir ki, Mixael Şumaherin səhhətini izləyir, bu gün […]

Almaniyanın Bad Hauhayme şəhərindəki məşhur idman linikasının baş həkimi Yohannes Payl uzun illərdir ki, Mixael Şumaherin səhhətini izləyir, bu gün o Almaniyanın ZDF telekanalına müsahibəsində təsdiq edib ki, Mixaelin qış testlərində aldığı zədələr çox ciddi olub…

Yohannes Payl: “Bu Mixaelin bütün karyerası boyu aldığı ən ciddi zədələrdir. Müayinə zamanı biz yeddinci boyun fəqərəsində çatlar gördük. Bundan əlavə sol yuxarı qabırğada da çatlar var idi. Güclü zərbə kəllənin oturacağını da zədələyib. Biz hesab edirdik ki, Şumaher adi sürücünün yüklənmələrinə tab gətirə bilməyəcək.”

Daha sonra Payl təsdiq edib ki, Şumaherin beyni qidalandıran arteriyaalrından biri zədələndiyi üçün sürücü iflic ola bilərmiş: “Sevinmək lazımdır ki, hər şey yaxşı qurtarıb, çünki beyincik ciddi zədələnə bilərdi. Beyincik isə insanın bütün koordinasiyasını idarə edir…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*