F-1.az xəbər verir ki, Yos Yos digər sürücülərlə birlikdə “Əfsanələr paradı”nda iştirak edəcək. Üstəlik, həm sürücülər, həm də tarixi avtomobillər əfsanəvi olacaq.
Yos 1971-ci ilin Can-Am mövsümü üçün nəzərdə tutulmuş McLaren M8F-i idarə edəcək. Digər maşınları David Coulthard, Mark Vebber və Aleksander Vurts sürəcək. Xuan Pablo Montoya Lola 1165, Red Bull məsləhətçisi Helmut Marko isə BRM 157-də əyləşəcək.
Qeyd edək ki, ata Ferstappen 1994-cü ildən 2003-cü ilə qədər fasilələrlə Benetton, Simtek, Footwork, Tyrrell, Stewart, Arrows və Minardi komandalarının heyətində F1-də çıxış edib. 106 yarışda işitirak edib və ən yaxşı uğuru 2 dəfə podiuma yüksəlmək olub.