Yırğalanmanın aradan qaldırılması üçün əlavə tədbirlər müzakirə olunacaq

Belçika Qran Prisində bolidlərin düzlüklərdə yırğalanmasına nəzarət etməyə imkan verən texniki direktiv qüvvəyə minəcək.

F-1.az xatırladır ki, bunun tətbiqi Fransa Qran Prisinə planlaşdırılsa da, daha sonra təxirə salınmışdı.

Racingnews365-in əldə etdiyi məlumata görə, çərşənbə günü FİA-nın növbəti iclası keçiriləcək və yırğalanma ilə mübarizə üçün gələcək tədbirlər müzakirə olunacaq. İclasda FİA-nın texniki direktoru Nikolas Tombasis və təhlükəsizlik departamentinin əməkdaşları da daxil olmaqla, digər yüksək vəzifəli şəxslər iştirak edəcəklər.

Göründüyü kimi, bu iclas federasiyanın Sürücülər Assosiasiyasının üzvləri arasında keçirdiyi və əksəriyyətin yırğalanmaların aradan qaldırılması üçün reqlamentə dəyişikliyin lehinə səs verdiyi sorğuya reaksiyasıdır. İclasın nəticələrinin Fransa Qran Prisi ərəfəsində komanda rəhbərlərinə təqdim ediləcəyi gözlənilir.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*