Yerli jurnalistlərə növbəti seminarı keçiriləcək

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti martın 11-də saat 15:30-da Hilton otelində yerli Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndələri üçün Avropa Qran Prisinə medianın akkreditasiyası ilə əlaqədar sonuncu məlumatlandırma seminarını keçirəcək.

F-1.az şirkətin rəsmi saytına istiandən bildirir ki, seminarın keçirilməsində əsas məqsəd martın 1-dən etibarən davam edən akkreditasiya prosesi ilə əlaqədar jurnalistlərin suallarını cavablandırmaq və onlara bu proses haqqında lazımi texniki və informasiya dəstəyi verməkdir.

Məlumat üçün bildirək ki, saat 17:00-dək davam edəcək görüş seminar xarakterli olduğundan tədbir zamanı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti rəsmilərinin KİV nümayəndələrinə ümumi və ya xüsusi qaydada heç bir müsahibənin verilməsi nəzərdə tutulmur.

Tədbirdə iştirak etmək istəyən media nümayəndələrindən xahiş olunur ki, martın 10-u saat 17:00-dək bu barədə yazıb məlumat versinlər. Tədbirə yazılmaq və həmçinin bu haqda ətraflı məlumat əldə etmək üçün [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlayın.

Qeyd edək ki, Əməliyyat şirkəti Media Əməliyyatları üzrə növbəti seminarını akkreditasiyadan uğurla keçmiş KİV nümayəndələri üçün may ayında keçirməyi planlaşdırır. Həmin seminarda iştirakçılara Formula1 yarışının reqlamentlərindən danışılacaq.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*