Ferrari-nin nümayəndələri bildiriblər ki, Mucello testlərinə maşının yenilənmiş versiyasını hazırlayılar – testlər mayın əvvəlinə planlaşdırılsa da, yeni maşının debütü bir az əvvəl baş tuta bilər.
İspaniyanın Marca qəzeti yazır ki, Skuderiya F2012 şassisini yeni qazburaxma sisteminin konfiqurasiyası üzərində qurur, bu zaman dəyişikliklər o dərəcədə radikaldır ki, komanda yenidən FİA-nın krəş-testindən keçməli olacaq.
Marca-nın jurnalistləri yazırlar ki, şassinin yeni versiyası üzərində işlər hələ mövsümöncəsi testlərin ikinci seriyasından sonra başlayıb. Yeni şassi artıq Bəhreyn Qran Prisində debüt edə bilər – komanda Qran Pridən testlər kimi istifadə edə bilər, toplanmış məlumatlar üzərində işi isə Mucello testlərində davam etdirə bilər…