F-1.az xəbər verir ki, tək saylı yarışlara Aston Martin, cüt saylı yarışlara isə Mercedes tərəfindən xidmət olunacaq.
Təhlükəsizlik maşınları: Aston Martin Vantage gücü 535 at qüvvəsi olan 4.0 litrlik V8 turbo Mercedes motoru ilə təchiz olunub; Mercedes AMG GT Black Series gücü 720 at qüvvəsi olan 4.0 litrlik qoşa turbolu Mercedes motoru ilə çalışır. Sürücü Bernd Maylander.
Tibb maşınları: Aston Martin DBX gücü 550 at qüvvəsi olan 4.0 litrlik V8 turbo Mercedes motoru ilə təchiz olunub; Mercedes AMG GT 63 S 4MATIC+ gücü 639 at qüvvəsi olan 4.0 litrlik qoşa turbolu Mercedes motoru ilə çalışır. Sürücü Alan van der Merve.