Keçən həftə idman mətbuatı Formula1-də “Qalib hər şey alır” sxeminin tətbiqindən çox yazmışdı, yeni sxemə əsasən çempion titulunu mövsümün gedişində ən çox qələbə qazanmış sürücü qazanacaq. Amma dünən FİA-nın saytında gələn mövsümün idman reqlamentinin növbəti versiyası dərc olunub və yeni sxemdən burda əsər-əlamət yoxdur, xal hesablanması sistemini əhatə edən 6.4-cü bəndi elə əvvəlki kimi qalıb. Britaniyalı ekspert və şərhçi Ceyms Allen buna öz münasibətini bildirib…
Ceyms Allen: “Dünən gələn mövsüm üçün idman reqlamenti dərc olunub və biz adət etdiyimiz xal hesablanması sistemini görürük, “qalib hər şeyi alır” prinsipindən isə söhbət getmir. Altıncı Maddənin 6.1-ci bəndində deyilir ki, “Dünya çempionatının qalıb titulu mövsümün bütün yarışlarında göstərdiyi nəticələri nəzərə almaqla maksimum xal toplayan sürücüyə verilir.”
Deyəsən, reqlamentin əvvəlki verisyasında nəsə səhv olub və komandalar bu barədə FİA-nın yarış direktoru Çarli Uaytinqə xəbər veriblər, səhvi düzəldiblər və dünən reqlamentin düzgün variantı dərc olunub. Çoc güman ki, büdcənin məhdudlaşdırılması barədə gedən müzakirələrin fonunda digər problemlər ikinci plana keçib.”