F-1.az bildirir ki, bu sıralanma turu cümə günü keçirilən əsas sıralana turunun nəticələrinə təsir etməyəcək. Yeni reqlament idman direktorları və FİA tərəfindən aparılan biraylıq müzakirələrdən sonra son halını alıb və təsdiqlənib.
Yeni format ilk dəfə paytaxtımızda – Azərbaycan Qran Prisində tətbiq ediləcək.
Gözlənildiyi kimi cümə günü əsas yarış üçün sıralanam turu keçiriləcək.
Sprint Shootout da ənənəvi sıralanma turu kimi 3 sessiyadan ibarət olacaq. Sessiyaların uzunluqları isə belə olacaq: SQ1 – 12 dəqiqə, SQ2 – 10 dəqiqə, SQ3 – 8 dəqiqə. SQ1 və SQ2-də komandalar icbari Medium təkərlərdən, SQ3-də isə icbari olaraq Soft təkərlərdən istifadə edəcəklər və sessiya ərzində cəmi 3 təkər dəsti istifadəsinə icazə var.
Bundan başqa Sprint Shootout zamanı alınan yer itirmə cəzaları sprint yarışında tətbiq ediləcək və əsas yarışa təsir etməyəcək. Ancaq sprint yarışı vaxtı alınan və tətbiq edilməyən cəza isə əsas yarışda tətbiq ediləcək.
Bundan başqa güc qurğusu və ötürmələr qutusu ilə bağlı alınan cəzalar da əsas yarışda tətbiq ediləcək. Sprint yarışında xal sistemi eyni olaraq qalacaq 8 sürücüyə 8-7-6-5-4-3-2-1 sistemi ilə xallar paylanacaq.
Yeni sistemdə cəzalar belə tətbiq ediləcək.
- Sərbəst yürüşlərdə və ya sıralanma turunda alınan yeritirmə cəzaları əsas yarışda tətbiq ediləcək
- Sprint yarışında alınan cəza əsas yarışda tətbiq ediləcək.
- Qapalı Park qaydaları pozulsa, sprint və əsas yarışa pit yolundan başlanılacaq.
- Güc qurğusu ilə bağlı verilən cəzalar isə ancaq əsas yarışda tətbiq ediləcək.
Formula və FİA bu barədə belə açıqlama verib: “Bu uğurlu səsvermədən sonra inanırıq ki, səhmdarlar sprint yarışlarının artmasını istəyəcək və azarkeşlərin idmana marağı daha da artacaq. FİA, FOM və F1-dəki 10 komandanın arasında keçən danışıqlardan sonra konseptdəki dəyişikliklərin reqlamentə daşınması sürətlə reallaşdırıldı.