F-1.az xatırladır ki, hazırda sürücülər sıralanma turundakı sessiyalarda istədikləri təkərləri götürməkdə sərbəstdirlər. Lakin yarışa gətirilən təkər dəstini azaltmaq üçün yeni sıralanma turu formatı düşünülür. Hazırda həftəsonuna 13 təkər dəsti gətirilir və bunu 11-ə salmaq istəyirlər.
Yeni formata görə sürücülər birinci sessiyada Hard, ikinci sessiyada Medium, üçüncü sessiyada isə Soft təkərlərdən istifadə edəklər. Sessiyalardan birində yağış yağsa, təkər seçimi sərbəst olacaq.
Bu format olan həftəsonlarında sürücülərin ixtiyarına üç dəst Hard, dörd dəst Medium və dörd Dəst Soft təkərlər veriləcək.
Bu formatın ilk sınağının Emiliya Romanya Qran Prisində olması gözlənilir.