Yeni sıralanma turu formatı İspaniya QP-dən etibarən tətbiq ediləcək

Formula1-in rəhbəri Berni Ekklstoun bildirib ki, yeni sıralanma turu formatı İspaniya QP-nə qədər tətbiq edilməyəcək...

F-1.az xəbər vermişdi ki, sıralanma turunun formatı dəyişir və artıq hər 90 saniyədə sürücülərdən biri mübarizəni dayandıracaq.

Hamı gözləyirdi ki, yeni reqlament 2016-cı ilin ilk yarışından tətbiq edilsin, amma Berni Ekklstoun bu məlumatı təkzib edib: “Yeni sıralanma turu reqlamenti ilk yarışlarda tətbiq edilməyəcək. Reqlamentin ilin əvvəlində həyata keçirilməsi planlaşdırılırdı, amma bunun üçün proqram təminatında dəyişiklik etmək lazım idi. Bu isə asan deyil, ilk yarışlara qədər bunu çatdıra bilməyəcəyik. Yeni reqlament, böyük ehtimalla, İspaniyada tətbiq ediləcək.

Avstraliya QP-də sıralanma turu əvvəlki kimi olacaq”.

Onsuz da bu qərar son həftənin ən çox müzakirə olunan mövzusu olub. Mövsümün ortasında qaydaların dəyişməsi də komandalar tərəfindən birmənalı qarşılanmayıb. Ekspertlər düşünürlər ki, bu qərar idman prinsiplərinə ziddir və tamaşaçıları çaşdıracaq.

Həm də, reqlament tam formalaşmayıb, elə bu məsələ ətrafında müəmmalı suallar var. Barselona testləri zamanı komandalardan biri soruşmuşdu ki, əgər hər hansı bir sessiya zamanı qırmızı bayraq dalğalanarsa, nə olacaq? Digər komandanı isə təkər dəstlərinin sayı maraqlandırıb – sıralanma turunun formatı dəyişərsə, dəstlərin də sayında artım olacaqmı?

Çox güman ki, yekunda sıralanma turunun yeni formatının debütü 2017-ci ilə keçiriləcək…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*