Yeni Renault bolidi Parisdə təqdim olunacaq

Biz xəbər vermişdik ki, keçən ilin sonunda Renault şirkəti Lotus F1 Team komandasını tam alaraq yenidən zavod komandası ilə çempionata qayıdır. Hələ o zaman elan olnumuşdu ki, komanda təfərrüatları fevral ayında açıqlayacaq...

F-1.az Britaniyanın Sky Sports telekanalına  istinadən bildirir ki, fevralın 3-də Renault-nun Parisdəki mənzil qərargahında baş tutacaq tədbirdə jurnalistlərə yeni maşın, sürücülər heyəti, komandanın yeni adı və idarəetmə strukturu təqdim olunacaq. KİV-ə göndərilən dəvətnamələrdə sürücülərin adı açıqlanmadığı üçün mətbuatda Pastor Maldonadonun komandadan getməsi barədə şayiələr güclənib.

Keçən həftə məlum olmuşdu ki, McLaren komandasının keçmiş sürücüsü Kevin Maqnussen Renault ilə danışıqlar aparıb. Çox güman ki, söhbət ehtiyat sürücü müqaviləsindən gedib, amma Britaniya mətbuatı israr etmişdi ki, Maldonado komandada yerini itirə bilər – onun əsas sponsoru olan PDVSA neft şirkəti hazırda problemlər yaşayır. Hərçənd, neft şirkəti bu şayiələri təkzib etmişdi…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*