Finlandiyanın Turun Sanomat qəzetinin verdiyi xəbərə görə, Pirelli şirkəti yanvarın 25-də 2012-ci il mövsümü üçün nəzərdə tutulmuş yeni təkərlərin təqdimatını Abu Dabinin Yas Marina trasında keçirəcək. Tədbirdə şirkətin prezidenti Marko Tronketti Provera, icraçı direktoru Françesko Qori, işnkişaf departamentinin başçısı Maurizio Boyki və Pirelli Motorsport-un başçısı Pol Hembri iştirak edəcəklər.
Yeni mövsüm üçün mütəxəssislər daha yumşaq təkərlər hazırlayıblar, təkərlərin konstruksiyasına düzəlişlər ediblər. Şirkət müxtəlif təkər tərkiblərinin yeni nişanlanmasını da nümayiş etdirəcək. Şirkətin hesablamalarına görə, yeni təkərlər daha tez qızacaq, iki tərkib arasındakı sürət fərqi isə azalacaq.